“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını Argentinada davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, Aquero DÇ-2018-dən sonra vətəninə qayıtmağı planlaşdırır. Hücumçu “İndependyente” klubu ilə anlaşmaq fikrinədir.
Qeyd edək ki, 29 yaşlı forvard 2011-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.
“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını vətənində davam etdirmək niyyətindədi.
Komanda.az xəbər verir ki, Aquero DÇ-2018-dən sonra Argentinaya qayıtmağı planlaşdırır. O, karyerasını “İndependyente”də davam etdirəcək.
29 yaşlı forvard bu planını 2019-cu ildə həyata keçirmək istəyirmiş. Həmin vaxt onun “Siti” ilə müqaviləsi başa çatır. Ancaq Aquero fikrini dəyişib.
Bir müddət əvvəl İngiltərə mətbuatı yazmışdı ki, Aquero “Siti”nin baş məşqçisi Xosep Qvardiolanın özünə qarşı münasibətindən narazıdı və komandanı tərk etmək istəyir.