Zidan İsveçrə klubunda

Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın oğullarından biri Enzo Zidan karyerasını İsveçrə çempionatında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, "Alaves" 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Enzo "Lozanna" klubunda çıxış edəcək. Bu komanda 19 turdan sonra turnir cədvəlində 5-cidir.

Gənc futbolçu ötən yay "Real"dan "Alaves"ə keçmişdi. Mövsümün ilk yarısında Bask klubunun heyətində 4 oyuna çıxan havbek ümumilikdə 155 dəqiqə meydanda olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right