İspaniyanın “Atletiko” klubunun transfer qadağası başa çatıb.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi bir müddət öncə anlaşdığı sabiq hücumçusu Dieqo Kosta və Vitolo (Viktor Maçin Peres) ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Kostanın son klubu "Çelsi", Vitolonun isə "Sevilya" olub. Hər iki oyunçu İspaniya yığmasının üzvüdür.