“Mançester Yunayted”in futbolçusu Eşli Yanq cəzalandırılıb.
Newsport.az xəbər verir ki, Futbolçu İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsidə qarşılaşdıqalrı “Sautqempton”la görüşdə kobud oyuna görə yerli federasiya tərəfindən 3 oyunluq cəza alıb. Qayda pozuntusu baş hakimin diqqətindən yayınsada, intizam komitəsi yarımmüdafiəçinin kobudluğunu cəzasız qoymayıb.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi “Everton” və “Stok Siti” ilə çempionat, “Derbi Kaunti”yə qarşı kubok oyununu buraxmalı olacaq.