"Mançhester Siti"də ciddi itki

İngiltərə Premyer Liqasının 21-ci turunda “Kristal Pelas”la səfər matçı (0:0) “Mançester Siti” üçün yaxşı nəticələnməyib.

 

Newsport.az xəbər verir ki, “şəhərlilər”in heyətində Qabriel Jezus matçın ilk dəqiqələrdə zədələnib. O, görüşü yarımçıq dayandırıb. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qarşılaşmadan sonra 20 yaşlı forvardın durumunun ciddi olduğunu və 1-2 ay yaşıl meydanlardan kənar qalacağını deyib.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü 2017-ci ildən "Mançester Siti"də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right