Bu gün İngiltərə Premyer Liqasının 21-ci turunun görüşləri keçirilib.
Newsport.az xəbər verir ki, "Liverpul" doğma meydanda "Lester Siti"ni qəbul edib və 2-1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu qələbədən sonra topladığı xalların sayını 41-ə çatdıran "Liverpul" turnir cədvəlində 4-cü pillədə qərarlaşır. "Lester" klubu isə 27 xalla 8-ci pilləyə eniblər. Turnir cədvəlinə 58 xalla "Mançhester Siti" dominantlıq edir.