Yığma komandada yeni baş məşqçi

Futbol üzrə Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bundan sonra sözügedən ölkənin yığmasını Mladen Krstaiç çalışdıracaq. Bu barədə “France Press” nəşri məlumat yayıb. Bildirilib ki, Serbiya Futbol Federasiyası yeni baş məşqçini yanvar ayında rəsmən təqdim edəcək.

Xatırladaq ki, Serbiya yığmasını Krstaiçə qədər Slavolyub Muslin çalışdırırdı. O, bu kollektivi DÇ-2018-ə çıxarsa da, bir müddət öncə postundan ayrılmağa qərar verdi.

Krstaiçə gəlincə, 43 yaşlı mütəxəssisin elə də ciddi məşqçilik uğurları yoxdu. 2011-ci ildə “Partizan”da idman direktoru kimi çalışmış gənc mütəxəssis 2016-cı ildən Serbiya yığmasında məşqçi kimi fəaliyyət göstərirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right