La Liqanın 2017/18 mövsümündəki ikinci “El-Klasiko”nun vaxtı açıqlanıb
Newsport.az xəbər verir ki, 36-cı tur çərçivəsində baş tutacaq görüş Barselonada “Nou Kamp” arenasında, 2018-ci il, may ayının 6-da baş tutacaq. Matç Bakı vaxtı ilə isə 22:45-də start götürəcək.
Qeyd edək ki, iki komanda arasındakı mövsümün ilk matçında “Barselona” 3:0 hesablı qələbə qazanmışdı.