Cənubi afrikalı hücumçu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.
Newsport.az xəbər verir ki, "Qarabağ"ın şərəfini qoruyan futbolçu "KickOff" nəşrinin açıqladığı siyahıya görə 10 ən yaxşı futbolçu arasında 6-cı olub. Məqalədə Dino haqda çıxan yazıda bunlar qeyd olunub: "Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb. Onun Çin klubuna keçmək variantı var".
Qeyd edək ki, siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun yarımmüdafiəçisi Persi Tau tutub.