Eden Hazard "Çelsi"yə yox dedi

“Çelsi”nin belçikalı futbolçusu Eden Hazard klubu ilə müqaviləni uzatmayıb.

Newsport.az xəbər verir ki, İngiltərə mətbuatına danışan futbolçunun atası Teryy Hazard bildirib ki, “deyə biləcəyim tək şey, Edenin yeni müqavilə təklifinə yox deməsidir. Beləcə, gələcək karyerasını gördüyü tək klub “Real Madrid”lə razılığa gəlmək mümkündür. Lakin “Real” tərəfdən bizimlə əlaqə qurulmayıb”. Nəzərinizə çatdıraq ki, daha öncə verdiyi müsahibədə Hazard: “Zidan ilə işləmək möhtəşəm olar” deyib.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2012-dən “Çelsi”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right