"Belə anlarda, Quardiolanın xüsusi oyunçuları səhnəyə girir" Xavi

Qətərin "Əl-Sədd" klubunda oynayan Xavi hesab edir ki, "Mançester Siti"nin vacib oyunçusu Kevin de Breynedir.

Newsport.az xəbər verir ki, bu haqda o, İngiltərənin "The Sun" nəşrinə verdiyi müsahibəsində bildirib. 37 yaşlı futbolçunun sözlərinə görə Quardioanın hər komandasında xüsusi oyunçu olmalıdır: 

"Quardiolanın kollektivi həmişə komanda oyunu ilə qalib gəlirlər, ancaq mütləq bir nəfər xüsusi oyunçu olmalıdır. "Barselona"da bu Messi idi, "Mançester Siti"də isə Kevin de Breynedir.  Həmişə matçları 3:0, 4:0 hesabı ilə udmaq olmur. Belə anlarda, Quardiolanın xüsusi oyunçuları səhnəyə girir"

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "şəhərlilər"i şalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right