İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger “Mançester Yunayted”in əfsanəvi sabiq çalışdırıcısı Aleks Ferqyusonun rekordunu təkrarlayıb.
Newsport.az xəbər verir ki, fransız mütəxəssis Premyer Liqadakı matç sayına görə şotlandiyalı həmkarına çatıb. Belə ki, İngiltərə çempionatının 20-ci turunun “Kristal Pelas”la səfər qarşılaşması Vengerin karyerası ərzində 810-cu Premyer Liqa matçı olub. Bununla da 68 yaşlı mütəxəssis Ferqyusonun uğurunu təkrarlayıb.