“Liverpul”da itki baş verib.
Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turunda “Arsenal”la səfər oyununda (3:3) sıradan çıxan Cordan Henderson uzun müddət komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. “Topçular”la görüşün 13-cü dəqiqəsində zədələnərək meydanı tərk etməli olan yarımmüdafiəçi ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdi ki, 27 yaşlı futbolçu İngiltərə kubokunun “Everton”, həmçinin, Premyer Liqanın “Lester”, “Bernli”, “Mançester Siti”, “Suonsi” və “Haddersfild”lə görüşlərini buraxmalı olacaq.