Bu gün Felipe Koutinyonun"Barselona"ya transfer olacağı və yaxud da "Liverpul"da qalacağı haqda məsələyə aydınlıq gələcək.
Newsport.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan yazılara görə, yaxın saatlar ərzində 25 yaşlı futbolçunun agentləri ilə həlledici görüş olacaq. Məhz bundan sonra braziliyalı oyunçunun "Barselona"ya qışda keçmək variantı dəqiqləşəcək.
Qeyd edək ki, "Liverpul" Koutinyo üçün 150 milyon avro tələb edir.