Gürcüstanda 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az xəbər verir ki, azarkeşlər, idman jurnalistləri və fedarasiya nümayəndələri arasında keçirilən sorğuda, Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Solomon Kverkveliya birinci olub.
Nəzərinizə çatdıraq ki, bu, 25 yaşlı müdafiəçinin ikinci belə mükafatıdır. Gürcüstan millisinin üzvü ilk dəfə 2014-cü ildə bu ada layiq görülmüşdü.
Qeyd edək ki, bu mövsüm "Rubin"dən Moskva klubuna keçən Kverkveliya 31 oyunda meydana çıxıb və 3 qol vurub.