"Real Madrid"in icarə əsasında "Rayo Vallekano"da çıxış edən futbolçusu Raul de Tomasın "Rea"la qayıdışı gözlənilir.
Newsport.az Ispaniya mətbuatına istinadən xəbər verir ki, "Rayo Vallekano"da baxımlı oyun göstərən ispaniyalı futbolçu "Real"ın yenidən diqqətini cəlb edib. Belə ki, "kral klubu"nun hücum xəttinin effektsizliyi oyunçunun yenidən komandaya qayıtmağını labüd edir. 23 yaşlı futbolçunun 2-ci dövrədə "Real"ın himayəsində olacaq.
Xatırladaq ki, "Real Madrid"in yetirməsi olan Raul mövsüm ərzində zədə səbəbilə 8 oyunu buraxmasına baxmayaraq o , 7 qol vurub. Onun statistikası Benzemadan yaxşıdır. Belə ki, Raul hər 113 dəqiqədən , Benzema isə 265 dəqiqədən bir fərqlənir.
Qeyd edək ki, Rayo Vallekano icarənin vaxtından əvvəl bitməsinə görə kompensasiya alacaq