“Ronaldo uşaqlıq qəhrəmanımdır” Klian Mbappe

PSJ-nin gənc ulduzu Klian Mbappe maraqlı açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, 19 yaşlı forvard Madrid "Reall"ı haqda danışıb. O, PSJ-yə keçməzdən öncə "kral klubu" ilə danışıq apardığını deyib:
 
"Bəli, PSJ-yə transfer olmadan öncə "Real"la görüşdük. Amma bu həm mənim üçün, həm də Madrid klubu üçün keçmişdə qaldı. "Real" dünyanın ən yaxşı komandasıdı. Ardıcıl 2 il Çempionlar Liqasının qalibi oldular. Biz də inkişaf edirik. Kristiano Ronaldoya qarşı "Santyaqo Bernabeu"da oynamaq fantastik olacaq. O, mənim uşaqlıq qəhrəmanımdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right