"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Markinyoş Karioka Rumıniyanın "Astra" klubundan ayrılıb.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu karyerasını Litvada davam etdirəcək. Markinyoş "Jalqris"ə transfer olunub.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2014-2015 mövsümündə "Qəbələ"nin şərəfini qoruyub. "Qırmızı-qaralar"ın heyətində 12 oyun keçirən futbolçu 1 qol vurub.