Ukraynanın “Dnepr” klubu dağılma təhlükəsi yaşayır.
Newsport.az xəbər verir ki, komanda gələn il peşəkar statusundan məhrum ediləcək. Bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bildirib. Onun sözlərinə görə, keçmiş futbolçularına borcu olan klubla bağlı FİFA-dan yeni informasiyalar qəbul edilib. Bu isə klubun peşəkar komanda statusunu itirməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, “Dnepr” hazırda Ukrayna ikinci liqasında çıxış edir. Komandanın hesabından indiyə qədər 27 xal silinib.