İngiltərə Premyer Liqasının 20-ci turunda “Southempton”la qarşılaşma, “Tottenhem”in futbolçusu Harri Keyn üçün əlamətdar olub.
Newsport.az xəbər verir ki, 5:2 hesabı ilə qalib gəldikləri matçda het-trik edən ingiltərəli hücumçu yeni rekorda imza atıb. Belə ki, İngiltərə millisinin üzvü 2017-ci ildə vurduğu qollarının sayını 56-a çatdırıb.
Qeyd edək ki, İndiyədək bir ildə ən çox qol vuran “Barselona”nın hücumçusu Linel Messi idi – 54 qol.