Dünya futbolunun əfsanələrindən sayılan Corc Vea Liberiya prezidenti seçilib.
Newsport.az xəbər verir ki, 1995-ci ildə “Qızıl top”un sahibi olmuş Vea seçkilərdə əsas rəqibi, vitse-prezident Jozef Bokayanı qabaqlayıb. Nəzərinizə çatdıraq ki, Vea demokratik qüvvələrin namizədi kimi seçkiyə qatılıb.
Qeyd edək ki, Vea karyerası ərzində “Çelsi”, “Monako”, “Milan”, PSJ, “Mançester Siti” kimi klubların şərəfini qoruyub.