Andres İniesta Messi haqda danışıb

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta Lionel Messi haqda danışıb.

Newsport.az xəbər verir ki, ölkəsində televizya kanallarının birinə müsahibə verən 33 yaşlı futbolçu, komanda yoldaşı haqda maraqlı açıqlamalar ilə diqqət mərkəzinə düşüb: “Messi ilə bir-birimizi danışmadan anlayırıq. Biz demək olar, bütün karyeramız boyu bir yerdə oynamışıq. Hərəkətlərimizi əzbər bilirik artıq. Meydanda nə edəcəyimizi,topu harda qəbul edəcəyimizi. Bizim futbol əlaqəmiz bu illər ərzində çox güclənib. Mən onu görməsəm belə, meydanda hara hərəkət edəcəyini və ya növbəti addımının necə olacağını bilirəm. Bunlar hamısı öz-özündən baş verir”.

Qeyd edək ki, Messi və İnyesta “Barsa”da 2003-cü ildən bir yerdə çıxış edirlər.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right