Fransada ən yaxşı oyunçu seçilib.
Newsport.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi N`Qolo Kante France Football-un versiyasına görə xaricdə çıxış edən ən güclü fransız futbolçu seçilib. Nəzərinizə çatdıraq ki, ötən ildə də Kante Qrizmanı qabaqlayaraq 1-ci olmuşdu. 26 yaşlı futbolçu bu mövsüm sorğuda 90 bal toplayıb.
Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi Çelsinin heyətində 21 oyunda 1 qol vurub.