"Mançester Siti" Virgil Van Deyki Çelsi və Liverpulun əlindən almaqı düşünür.
Newsport.az xəbər verir ki, "şəhərlilər" 26 yaşlı futbolçunun yanvarda 60 milyon avroya Etihada gələcəyindən əmindirlər. Nəzərinizə çatdıraq ki, İngiltərə mətbuatında yayılan məlumatlara görə, müdafiəçi Liverpula 70 milyon avroya keçməyə yaxındır.
Qeyd edək ki, hollandiyalı futbolçu 2015-ci ildən İngiltərənin "Saunthempton" klubunun şərəfini qoruyur.