Təyyarə qəzasında sağ çıxan Braziliyanın “Şapekoense” komandasının qapıçısı Cekson Folman protez ayağı ilə qol vurub.
Newsport.az xəbər verir ki, 25 yaşlı oyunçu xeyriyyə matçında fərqlənib. 29 noyabr 2016-cı ildə baş vermiş faciədən sonra ayağı amputasiya olunan Folmanla yanaşı, sağ qalan müdafiəçilər – Alan Ruşel və Helio Sampyer Neto da bu qarşılaşmada iştirak ediblər.
Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense” klubunu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Faciə nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib.