"Simurq"un futbolçusu "Astana"da

Zaqatalanın "Simurq" klubunun sabiq legioneri Marko Stanoyeviç Qazaxıstanda komandasını dəyişib.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı serbiyalı yarımmüdafiəçi Karaqanda "Şaxtyor"undan "Astana"ya transfer olub. Marko "Srvena Zvezda"nın yetirməsidir. O karyerasının böyük hissəsini Serbiyanın digər təmsilçisi "Rad"da keçirib. Yarımmüdafiəçi 2014/15 mövsümündə Moldovanın "Şerif" klubundan Azərbaycanın "Simurq" klubuna icarəyə verilmişdi. O, Zaqatala klubunda 17 oyunda forma geyinmiş və 4 qol vurmuşdu.

 

Qeyd edək ki, son Qazaxıstan çempionu “Astana” Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right