"Real Madrid"in futbolçusu Serxio Ramos "Barselona" ilə matçdan sonra jurnalistlərə oyun haqda fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, məğlubiyyətdən danışan təcrübəli müdafiəçi, Suaresə etdiyi hərəkət barəsində də açıqlama verib. "İlk hissədə çox yaxşı təsir bağışladıq. Lakin ikinci yarıda bizi tanımaq olumurdu. Aldığımız məğlubiyyətdən sonra onlardan 14 xal geridəyik. Hər kəs çempionluqdan əlimizi üzdüyümüzü deyir. Ancaq heç nə bitməyib. Biz sona qədər mübarizə aparacayıq. Suaresə etdiyim hərəkətə gəlincə isə, katalonlar deyəcəklər ki, mən pudçemonla həpsdə yatmalıyam. Mən onu deyə bilərəm ki, onu qəsdən vurmamışam.
Qeyd edək ki, "Real" məğlubiyyətdən sonra 31 xalla 4-cü yerdə qərarlaşır.