İngiltərə Premyer Liqasında 19-cu turun oyunları başa çatıb.
Newsport.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Lester Siti" ilə qarşılaşıb. Görüş qollu bərabərliklə sonlanıb. (2:2) "Qırmızı şeytanlar" bu xal itkisi ilə lider "Mançhester Siti"dən 14 xal geri düşüb.
Turnir cədvəlinə 55 xalla "Mançester Siti" başçılıq edir. 42 xalı olan "Mançester Yunayted" ikinci yerdə qərarlaşıb.
“Lester” – “Mançester Yunayted”