El klasikoda qalib kim olacaq?

Bu gün bütün dünyanın gözü İspaniyanın paytaxtı Madrid şəhərinə yönələcək.

Newsport.az xəbər verir ki, dünyanın iki nəhəng klubu “Real Madrid” və “Barselona” La Liqanın 17-ci turu çərçivəsində  münasibətlərə aydınlıq gətirəcəklər. Oyun qabağı hər iki klubun hazırki vəziyyətinə nəzər salaq. Belə ki, bu mövsüm La Liqada yoluna məğlubiyyətsiz davam edən kataloniyalılar “Real”a qalib gələcəyi təqdirdə, aradakı xal fərqini 14-ə çatdıracaq və çempion olmaq yolunda böyük addım atmış olacaqlar. “Kral klubu”nda isə vəziyyət elə də ürək açan deyil.  Bir oyun az keçirmiş Madrid təmsilçisi 31 xalla 4-cü sırada qərarlaşır. Zidanın kollektivi bu oyunda qələbə qazanaraq aradakı xal fərqini  8-ə endirməyə çalışacaq.

Qeyd edək ki, bu görüş, iki klub arasında 175-ci El klasikodur. Komandalar ümumilikdə 269 dəfə qarşı-qarşıya gəliblər ki, bunlardan 111-də “Barselona” 99-da isı “Real Madrid” meydanı qalib tərk edib. Qalan 59 matçda isə qalib müəyyənləşməyib.

Nəzərinizə çatdıraq ki, görüş bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right