PSJ-nin prezidenti Nasser Əl-Xələfi Neymarın “Real”a keçəcəyi ilə bağlı yayılan söhbətlərə münasibət bildirib.
Newsport.az xəbər verir ki, prezident bu məsələ ilə bağlı olduqca qısa danışıb. O, bu transferin baş tutmayacağını qətiyyətlə bildirib: “Neymarın “Real”a keçidi mümkünsüzdü. Heç bir şans yoxdu”.
Qeyd edək ki, yaxın günlərdə İspaniya mətbuatında braziliyalı hücumçunun “Real”a transfer olunacağı iddia edilib.