İspaniyanın “Sevilya” klubu baş məşqçisi Eduardo Berisso ilə yolları ayırıb.
Newsport.az xəbər verir ki,buna səbəb komandanın uğursuz çıxış etməsidir. Əndəlüs təmsilçisi La Liqada 17 turdan sonra 5-ci pillədə qərarlaşıb. Xatırladaq ki, xərçəng xəstəlyinindən əziyyət çəkən Berisso noyabr ayında prostat vəzindən əməliyyat olunmuş və dekabrın ortalarında komandaya qayıtmışdı.
Qeyd edək ki, edək ki, Berisso bu ilin iyun ayından “Sevilya”nı çalışdırırdı.