PSJ serbiyalı futbolçu üçün 170 milyon avro gözdən çıxardı

Yay transfer dönəmində Neymarın keçidi üçün "Barselona"ya 222 milyon avro təzminat ödəyən PSJ növbəti "partlayış"a hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Fransa nəhəngi "Latsio"nun yarımmüdafiəçisi Sergey Milnkoviç-Saviçə göz dikib. "Corriere dello Sport" qəzetinin məlumatına görə Paris təmsilçisi bu keçid üçün qarşı tərəfə 170 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Latsio" 22 yaşlı oyunçunu 2015-ci ildə Belçikanın "Genk" klubundan 18 milyon avro qarşılığında transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right