Klub prezidenti futboldan ömürlük kənarlaşdırıldı

TPFL-in intizam komitəsi 2-ci liqada çıxış edən "Şanlıurfaspor" klubunun prezidentini ömürlük cəzalandırılıb.

Newsport.az xəbər verir ki, urfa klubunun prezidenti Emin Yetimi komandanın futbolçusu Mertcan Canı klubdan maaşını tələb etdiyi üçün döyüb. Bunun ardından oyunçu polisə, klub rəsmilərinin onu döydüyünü bildirib və bu haqda cinayət işi açılıb. Federasiya Yetimini 3 il 2 aylıq cəzalandırıb və iş adamına 180 min lirə cərimə kəsib. Cəzanin müddəti isə 3 ildən çox olduğuna görə prezident futboldan ömürlük kənarlaşdırıb.

Qeyd edək ki, klubun digər üzvləri Mehmet Gəray Küçük eyni səbəblə 1 illik cəzalanıb. O, həmçinin 60 min lirə cərimə ödəyəcək. komandanın digər rəsmisi Mustafa Müsri isə idmana zidd olan hərəkətə yol verdiyi üçün 30 günlük cəza alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right