Artıq El klassiko öncəsi hər iki klubun futbolçuları oyun haqda fikirlərini jurnalistlərlə bölüşürlər.
Newsport.az xəbər verir ki, bu dəfə "Barselona"nın qapıçısı Ter Ştegen İspaniyanın "Marça" nəşrinə müsahibə verib. 25 yaşlı qolkiper müsahibəsində bildirib ki, "Onlarla son oyunumuz heç də yaxşı alınmamışdı. Ramosun 89-cu dəqiqədə qapımıza vurduğu qol hələ də yadımdadır. Mən "Real"ın hücum xətddindən narahat deyiləm. Bizim qələbə qazanmaq şanslarımız var.
Qeyd edək ki, "Real Madrid" - "Barselona" görüşü 23 dekabr saat 16:00-da start götürəcək.