Portuqaliya liqasında 18-ci turun (Sequnda) oyunları baş tutub.
Newsport.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası, doğma divarlar önündə "Gimaraynş"ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun klubu bu görüşdən məğlubiyyətlə ayrılıb. (1-2)
Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Nəsirov oyuna 63-cü dəqiqədən qoşulub.