Budaq Nəsirov zədədən qayıtdı və oynadı

Portuqaliya II liqasında XVIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma meydan matçında çıxıb. 

Lissabon təsmilçisi doğma azarkeşləri önündə "Vitoria Guimaraes"in B komandasını qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2. 

21 yaşadək futbolçulardan ibarət milli komandamızın kapitanı bu matçın iştirakçısı olub. Zədəsini yeni sağaldan istedadlı yarımmüdafiəçi oyunun 64-cü dəqiqəsində meydana daxil olub və meydanda olduğu müddətdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 

Qeyd edək ki, 18 turdan sonra aktivində 24 xal olan "Sportinq" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right