"Barselona"nın keçmiş futbolçusu Xavi qarşıdakı El Klassiko haqda fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, İspaniyanın "Marça" nəşrinə müsahibə verən 37 yaşlı futbolçu qarşıdakı oyunu dəyərləndirib. O. bildirib ki,
"Valverdenin gəlişindən sonra Barselona daha çox komanda oyunu nümayiş etdirir. Debütantlar heyətə yaxşı qatılıblar. Barsa daha hazırlıqlı görünür. Ona görə də qarşıdakı oyunun favoritidir.Məğlubiyyət Realı çempionluq mübarizəsindən praktiki olaraq siləcək. Madridlilər hazırda elə də güclü deyil. Lakin klublararası dünya çempionatında qələbə onların inamını geri qaytara bilər.
Valverdenin sayəsində komanda pressinqi təkmilləşdirib və daha çox hücumda oynayır.
Avqust ayındakı mənzərə mənim üçün ürəkaçan deyildi. Amma Barsa vəziyyəti düzəltdi. Heç kim qisas haqda düşünmür. Çünki El Klassikoda onuz da buna ehtiyac yoxdur"
Qeyd edək ki, El kalssiko 23 dekabr saat 16:00-da baş tutacaq.