"Kueksi"nin baş məşqçisi Mladen Milinkoviç klubun futbolçusu Rauf Əliyevin komandadan ayrılması haqda danışıb.
Newsport.az xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamasında 45 yaşlı mütəxəssis bildirib ki, Rauf gözləntiləri doğrultmadı.
"Əliyev "Kukesi"yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil. Onun yoxluğunu bizə problem olmayacaq".
Qeyd edək ki, Rauf ilin əvvəlindən "Kueksi"də çıxış edirdi.