"Qarabağ"ın futbolçusu simvolik "11-lik"də FOTO

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin simvolik heyətini tərtib edib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın və Haiti millisinin üzvü Donald Geryenin adı da ən yaxşı 11-likdə yer alıb.

Əlavə edək ki, Gerye CONCACAF-ın ən yaxşı yarımmüdafiəçisi seçilmişdi.

Qapıçı: Keylor Navas ("Real Madrid")
 
Müdafiəçilər: 
Hektor Moreno ("Roma"), Kristian Qamboa ("Seltik"), Kendal Vaston ("Vancouver Vhitekaps"), Roman Torres ("Seatl Sounders")

Yarımmüdafiəçilər: Brayan Ruis ("Sportinq"), Kristian Pulişiç ("Borussia" Dortmund), Hektor Herrera ("Portu"), Donald Gerye ("Qarabağ"

Hücumçular: Albert Elis ("Houston Dinamo"), İrvinq Lozano ("PSV Eyndhoven").

 

 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right