Çexiyalı futbolçu Tomaş Rositski karyerasını başa vurduğunu açıqlayıb.
Newsport.az xəbər veir ki, İngiltərənin "San" nəşrinə məlumatında futbolçu karyerasını başa vurduğunu deyən yarımmüdafiəçi, onun üçün futboldan getmək vaxtı çatdığını bildirib.
Qeyd edək ki, karyerası boyunca Çexiya millisi, "Arsenal" və "Borussiya Dortmund"da çıxış etmiş Rositskinin son çıxış etdiyi klub "Sparta" olub.