Azərbaycan İspaniya Kral Futbol Federasiyasına sponsorluq edə bilər.
Newsport.az xəbər verir ki, bu haqda İspaniyanın "AS" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan federasiya ilə razılığa gələrsə 5il müddətində ispanlara 50 milyon dollar ödəməli olacaq. Lakin İspaniyada baş verən siyasi hadisələr və federasya daxilindəki anlaşılmazlıqlar səbəbi ilə, DÇ-2018-ə yollanmağı sual altında olan İspaniya yığmasıyla müqavilə imzalanıb-imzalanmayacağı dəqiq deyil.
Qeyd edək ki, bu razılaşma baş tutarsa, federasiya daxilində ən bahalı anlaşma olacaq.