"Atletiko Madrid" FİFA-ya şikayət edib.
Newsport.az xəbər verir ki, bu haqda İspaniyanın "Marça" qəzeti yazıb. Yazıda qeyd olunur ki, "ağ-qırmızılar" "Barselona"nı qaydaları pozmaqda ittiham edirlər. Klubun iddiasına görə kataloniyalılar Antuan Qrizmanla əlaqə quraraq qayda pozuntusuna yol veriblər.
Qeyd edək ki, bir müddət öncə "Barselona"nın idman direktoru Gilyermo Amor jurnalistlərə verdiyi açıqlamada, futbolçu ilə danışıqlar apardıqlarını etiraf etmişdi.