“Çelsi”nin müdafiəçisi David Luis yanvarda komandadan ayrıla bilər.
Newsport.az xəbər verir ki, braziliyalı müdafiəçinin xidmətində Premyer Liqanın digər nəhəngi “Arsenal” maraqlıdı. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “topçular”ın 30 yaşlı futbolçunun transferi üçün 30 milyon funt-sterlinq ödəməyə hazır olduğu qeyd edilib.
David Luis cari mövsümdə 13 oyunda şans qazanıb, 2 qol vurub.