Ukraynanın "Zarya" klubunun baş məşqçisi Yuri Vernidub yerli mətbuata müsahibə verib.
Newsport.az xəbər verir ki, yüksək imkanları olan yerdə çalışmaq istədiyini deyən 51 yaşlı mütəxəssis bildirib ki, "“Əlbəttə ki, normal çempionatda çalışmaq istərdim. Məsələn, Roman Qriqorçuk kimi, sizə də başqa çempionatın liderlər qrupunda qərarlaşan komandası tapşırırlarsa, niyə də cəhd etməyəsən? Onlar daim daxili birincilikdə 2-3-cü yerləri tutur, müntəzəm olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edir. Özü də Avroliqada mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayırlar. Azərbaycanda “Qarabağ” və “Qəbələ” kimi komandalar çıxış edir, necə ki, Qazaxıstanda “Kayrat” və “Astana” var”.
Qeyd edək ki, ukraynalı çalışdırıcı 2011-ci ildən "Zarya" klubunun sükanı arxasındadır.