La Liqanın 17-ci turunda baş tutacaq "El Klasiko" öncəsi diqqətlər İspaniyanın paytaxtı Madrid şəhərinə yönəlib. Oyunqabağı isə "Barselona"nın futbolçusu Lionel Messi qarşılaşmanı dəyərləndirib.
Newsport.az xəbər verir ki, Leo bildirib ki, "El Klassiko"da qələbə qazanmaq bizim üçün çox vacibdir. "Santiaqo Bernabeu"da keçirdiyimiz matçlar həmişə gərgin olur. Qazanacağımız halda üstünlüyümüzün daha da artacağını bilirik. Səfərdə üç xal qazanmaq bizim üçün üstünlük olacaq. 2017-ni qələbə ilə başa vurmağı düşünürük".
Qeyd edək ki, "Real Madrid" - "Barselona" görüşü 23 dekabr, saat 16:00 baş tutacaq.