"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" klubunun bazasına yollanıb.
Newsport.az xəbər verir ki, 45 yaşlı çalışdırıcı "Çelsi"nin "Soutqempton"la oyunu izləyib. Dünən isə klubun akademiyasında olan Qurbanov "Çelsi"nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturuyla tanış olub.
Qeyd edək ki, bu gün "Çelsi"nin baş məşqçisi Antonio Konteylə görüşən baş məşqçimiz həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.




