Albaniya çempionatında 15-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turun son matçında Rauf Əliyevin formasını geydiyi “Kukesi” səfərdə “Teuta”nın qonağı olub.
Son 19 dəqiqəni 10 nəfərlə qalmasına baxmayaraq, “Kukesi” 2:1 hesablı əzmkar qələbə qazanıb.
Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran Raufun komandası həm ardıcıl 2 yenilgidən sona qələbə qazanıb və yenidən turnir cədvəlində ikinci pillədə qərarlaşıb.