Özil İspaniyaya qayıtmır

Türk əsilli alman futbolçu Məsut Özil İspaniyaya qayıtmaqdan imtina edib.

Newsport.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan iddialara görə, yarımmüdafiəçi artıq "Mançhester Yunayted"ə keçmək haqda düşünür. "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq Özil həftəyə 300 min funt sterlinq qazanmaq fikrindədir. "Yunayted" isə bu məbləği ona verməyi düşünür. Xatırladaq ki, bir müddət öncə "Barselona" klubu futbolçunu transfer etmək niyyətində idi. 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2013-cü ildən "Arsenal"ın şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right