Ukraynanın paytaxtı Kiyevdə UEFA Çempionlar Liqasının 2017/18 mövsümünün final matçının loqosunun və kubokun təqdimat mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, həlledici görüşə ev sahibliyi edəcək “Olimpiyski” Milli İdman Kompleksində təşkil olunan mərasimə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko, yerli futbol federasiyasının Andrey Pavelko və Kiyevin meri Vitali Kliçko da qatılıb.
Bundan başqa, qadınlar və kişilər arasında Çempionlar Liqasının səfirləri də ictimaiyyətə təqdim olunub. Andrey Şevçenko kişilər, İya Andruşak isə qadınlar arasında ÇL-nin səfiri seçilib.