Almaniyanın “Borussiya Dortmund” klubunda baş məşqçi dəyişikliyi yaşanıb.
Newsport.az xəbər verir ki, Bundesliqa və Çempionlar Liqasında işləri qaydasında getməyən “Dortmund” komandası, baş məşqçi Peter Bos ilə yolları ayırmaq qərarına gəlib. Klubun idarə heyəti keçdiyimiz gün hollandiyalı çalışdırıcı ilə görüşərək, müqaviləyə rəsmən xitam verdiyini açıqlayıb. 54 yaşlı mütəxəssisin yerinə isə ötən həftə “Köln” klubundan ayrılan Peter Stöger gətirilib.
Qeyd edək ki, ötən il Hollandiyanın “Ayaks” klubunu çalışdıran Bos 2017-ci ilin əvvəllərindən “Dortmund”un sükanı arxasında idi.